AY Partiya Başqanlıq Heyətinin Türkiyə səfərinin sonuncu günü də çox səmərəli keçib.
Sitat.info xəbər verir ki, AY Partiyanın Başqanlıq Heyəti Türkiyə səfərinin sonuncu günü Ankarada Türkiyənin önəmli beyin mərkəzlərindən sayılan Siyasi və Strateji Araşdırmalar Vəqfində olub.
Vəqfin Başqanı, Ankara Hacı Bayram Vəli Üniversiteti Asya Çalışmaları Merkezi Başkanı, Dr. Sinan Dəmirtürk AY Partiya Başqanının müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi, partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadə ilə görüşüb.
Görüş zamanı iki ölkənin, Türk Dünyası dövlətlərinin əlaqələrindən danışılıb, 44 günlük Vətən savaşının bu münasibətlərin inkişafına müsbət təsirindən söhbət açılıb. Qeyd olunub ki, Cənubi Qafqazda sülhə nail olunması bölgə üçün çox vacibdir. Bu sülh əldə edilməsə, regionun inkişafı mümkün olmayacaq. Bunub üçün üç ölkənin iştirakı ilə Qafqaz evinin ən qısa zamanda qurulması şərtdir.
Görüşdə maraq doğuran digər məsələlərdən danışılıb, sonda xatirə şəkilləri çəkdirilib.
***************
Başqanlıq Heyətinin üzvləri Ankarada Türk Ocaqlarının mərkəzi qərargahını ziyarət edib.
Türk Ocaqları Başqanı professor Mehmet Öz və Başqan müavini Mehmet Şahingöz AY Partiya Başqanının müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi, partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadəni qəbul ediblər. Söhbət zamanı hər iki qurumun Türk Dünyası ilə bağlı fəaliyyəti, həyata keçirilməsi nəzərdə tutulan layihələr və s. barədə danışılıb. Həmçinin AY Partiya və Türk Ocaqlarının bu istiqamətdə birlikdə gerçəkləşdirə biləcəyi layihələrdən söhbət açılıb. Mehmet Öz Türk Dünyasının inkişafı, möhkəmlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin şərt olduğunu vurğulayıb.
Görüşün sonunda Türk Ocaqları başqanı AY Partiya rəhbərliyinə hədiyyələr təqdim edib, xatirə şəkilləri çəkdirilib