Son vaxtlar bütöv Azərbaycan ideyası daha çox gündəmə gəlməkdədir. İdeoloji baxımdan cəmiyyət tərəfindən Şimallı Cənublu Azərbaycanın birləşməsi dəstəklənsə də, hazırki durumda hər iki tərəfin buna hazırlığı, siyasi baxımdan bunun mümkünlüyü və Ermənistanla münaqişə tam bitmədən belə bir məsələnin qaldırılması nə dərəcədə doğrudur deyə suallar da səslənməkdədir. Azərbaycanda bu mövzuda hansı yanaşmanı sərgiləməlidir?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, Azərbaycan öz maraqlarından çıxış etməli və Türkiyə ilə əlaqələndirməlidir:
"Bundan başqa digər aktorlarla sadə və keçici ortaqlıq edə bilər. Eyni zamanda, konyukturu nəzərə almalıdır. Həmçinin hökumət ciddi analitik hesabatlar üzərindən hərəkət etməlidir. Ermənistan İran əlaqələrinin mənfi təsirlərinin aradan qaldırılmasının yeganə yolu Türkiyə ilə koordinasiyadır. Bu zərərli fəsadların ortadan qaldırılması üçün lazımdır. Digər güclərlə və əsasən Türkiyə ilə kordinasiyada işləmək lazımdır".
A.Hüseynov hesab edir ki, Cənubda hazırda konkret milli ideya və vahid təşkilat yoxdur: "Cənubda ümumiran kontekstli siyasi etirazlar var. Birinci amilin olmaması oradakı Azərbaycan türklərinə Iraq türkmənləri təhlükəsi yaranmasına səbəb ola bilər".