Pentaqon Rusiyanın hiyləgər taktikasını ifşa etdi: Ukraynanın HHM-lərini yayındırmaq üçün...

12:14 30 Noyabr 2022

Rusiya Ukraynanın hava hücumundan müdafiə sisteminin diqqətini yayındırmaq üçün Ukraynadakı hədəflərə silahsız qanadlı raketlərlə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bunu jurnalistlərə Pentaqonun yüksək rütbəli rəsmisi deyib. Jurnalistlər ondan noyabrın 26-da Britaniya hərbi kəşfiyyatının rəsmilərinin "Rusiyanın öz qanadlı raketlərindən nüvə başlıqlarını çıxardığını və Ukraynanın hava hücumundan müdafiə sistemlərini yayındırmaq üçün raketlərdən istifadə etdiyi” barədə bəyanatını şərh etməyi xahiş ediblər. 

Britaniya kəşfiyyatı açıq mənbələrdən 1980-ci illərdə SSRİ-də nüvə yükünü çatdırmaq üçün hazırlanmış, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulmuş Kh-55 qanadlı raketinin qalıqlarının əks olunduğu fotoya istinad edib. Britaniya hərbçilərinin sözlərinə görə, bu raketlərdəki nüvə başlıqları blanklarla əvəzlənib, lakin belə raketlər hələ də kinetik enerjisi və istifadə olunmamış yanacaq vasitəsilə zərər verə bilər.

Nərgiz,

Sitat.info



Xəbər xətti