"Biz bütün dünyaya nümayiş etdiririk ki, Ermənistanla danışıqlar prosesinin tərəfdarıyıq."
Bu sözləri Sitat.info-ya açıqlamasında BAP sədri Elşad Musayev bildirib.
Onun sözlərinə görə, əslində hər zaman məğlub tərəf sülh imzalamağa çalışar ki, qalib tərəf daha çox güzəşt qoparmasın. Dünya tarixində də hər zaman belə olub, məğlub tərəf sülh sazişini daim sürətləndirmək üçün belə deyək, yalvarıb.
"Ermənistan isə sülhdən qaçır. Bunların düşüncəsində məkr, hiylə, revanşist əhval-ruhiyyə var. Bunun qarşısı alınmalıdır.
Bunun görə zaman uzadıb, silah-sursat gətirib güclənmək istəyirlər. Ermənistan tərəfi bizim torpaqlarımıza qanunsuz silah-sursat gətirir. Ruslar da bunu izləyir.
Biz sakit qalmayacağıq. Azərbaycan bütün dünyaya nümayiş etdirəcək ki, biz sülh sazişi üçün bizdən asılı olan hər şeyi yerinə yetirdik.
Ermənistan bunlara qarşılıq vermədi, atəşkəsi pozmaqda davam edir. Bizi təhlükəli vəziyyətə salıb təhdidlərinə davam edir."
Elşad Musayev bildirib ki, biz bu məsələyə milyardlarla vəsait qoyuruq, bu vəsaiti hədər edə bilmərik. Köçürülən vətəndaşlarımızın həyatını təhlükəyə ata bilmərik.
"Biz lazım olanı həyata keçirməliyik. Azərbaycan gələn ilin əvvəlindən çox ciddi addımlar atacaq və bundan sonra Ermənistan və ona arxa çıxanlar yalvarmağa başlayacaq."
Seymur Bənnayev