“Space TV”nin aparıcısı Turan İbrahimlinin son açıqlaması kəskin reaksiyaya səbəb olub.
Belə ki, T.İbrahimli “Facebook” hesabında yazdığı statusda işə qızdırmalı getdiyini, hətta tamaşaçıların təkidi ilə televizyaya döndüyünü, səhər tezdən ekranlarda olanda isə tamaşaçıların xor-xor yatdığını qeyd edərək bundan şiakyətlənib.
Sosial şəbəkə iştirakçıları aparıcını cəmiyyəti aşağılamaqda ittiham edib.
Yenisabah.az-a danışan məşhur şoumen və teleaparıcı Kamran Həsənli isə məsələyə fərqli münasibət bildirib:
“Mən Turanın o sözü dediyini görməmişəm, amma bu barədə televiziya vasitəsilə öz sözümü çoxdan demişəm. Baxın, tamaşaçıların televiziyaya münasibətinə, sadəcə bir nifrətdir. Girib sosial şəbəkələrdə yazılanları oxusalar, anlayarlar ki, tamaşaçılar nəinki yatırlar, əksinə, onlar, ümumiyyətlə, efirə nifrət etdikləri üçün baxmırlar.
Aparıcının özü bəs haradan bilir ki, tamaşaçı yatır, ya yatmır. Aparıcının tamaşaçılarımızı tənqid etməsinə gəldikdə isə ona qalsa, tamaşaçılarımızın özü aparıcını yox, bütün televiziyanı tənqid və təhdid edirlər. Yenə deyirəm, onlar yatmırlar, sadəcə olaraq baxmırlar. Bu qədər”.