Binəqədi rayonu ərazisində evində hamiləlik qanaxmasından vəfat edən beş aylıq hamilə Nəzrin Həsənova ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.
SİTAT.İNFO xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibbi briqada saat 04:11-də ünvana çatdıqda həkiməqədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.
Report xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.
Belə ki, noyabrın 30-da Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 2002-ci il təvəllüdlü Nazim Şükürov küçəsi, ev 3/8B ünvanında qeydiyyatda olan, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında hamiləlik qanaxması səbəbindən vəfat etib.