İş yoldaşını xoruldadığı üçün bıçaqlayıb öldürdü

22:35 3 Dekabr 2022

Muğlanın Bodrum bölgəsində  dəhşətli hadisə baş verib.

Mühafizəçi Muzaffer E. onunla eyni pansiyonda qalan iş yoldaşını xoruldadığı üçün öldürüb. Muzaffer E ona yuxuda 20 bıçaq zərbəsi endirib. 

Sitat.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisədən sonra saxlanılan Müzəffər E. tutularaq həbsxanaya göndərilib.

Bildirilir ki, yaşayış məntəqələrindən birində mühafizəçi işləyən Müzəffər E. ilə eyni yerdə qalan həmkarı Kənan Maral arasında xoruldama məsələsinə görə mübahisə düşüb.

Davnın böyüdüyünü görən rəis onların növbələri dəyişdiriib. 

Lakin əsəbi soyumayan gecə növbəsində növbətçi olan Müzəffər E. dostunu yataqxana kimi istifadə edilən konteynerdə yatarkən çörək bıçağı ilə 20 dəfə bıçaqlayıb. Müzəffər E. daha sonra  digər həmkarına hadisə ilə bağlı  xəbər verib.

Hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları başından, üzündən, qolundan, boğazından və qarın nahiyəsindən bıçaqlanan 29 yaşlı Kənan Maralın dünyasını dəyişdiyini bildirib.

Hadisəni törədən şəxsin həyat yoldaşından boşanma prosesində olduğu və psixoloji problemləri yaşadığı qeyd edilib. 



Xəbər xətti