Putinin təyin etdiyi general Surovikin döyüş taktikasını dəyişdi - Şiddətli döyüş başladı

15:41 5 Dekabr 2022

“Rusiya ordusu Ukraynadakı rus qüvvələrinin komandanı Sergey Surovikinin təyinatından sonra taktikalarını dəyişiblər. Şərq cəbhəsində vəziyyət çox gərgindir. Düşmən hər gün bölmələrimizə hücum edir. Surovikinin təyinatı ilə taktika dəyişib.

Müşahidə edirik ki, həm hava, həm də raket zərbələri artıb və düşmən hücum taktikasına keçib”.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib.

Sırski onu da qeyd edib ki, Baxmut hərbi baxımdan işğalçılar üçün heç bir strateji əhəmiyyət kəsb etmir.

Onun sözlərinə görə, bu istiqamət psixoloji əhəmiyyət kəsb edir, çünki Xerson vilayətində, ondan əvvəl isə Xarkov vilayətində bir sıra itkilərdən sonra Rusiya Federasiyası istənilən yolla Baxmutu ələ keçirməyə, müdafiəni yarmağa və bununla da öz qüvvələrini motivasiya etməyə çalışır.

Məğrur,

Sitat.info



Xəbər xətti