Bu gün Ukrayna hərbçiləri rus qoşunlarının cəmləşdiyi 13 əraziyə zərbələr endirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, bu gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi ərazilərə beş zərbə endirib: “Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri sutka ərzində 2 komanda məntəqəsini, şəxsi heyətin cəmləşdiyi 8 ərazini və düşmənin daha bir mühüm obyektini vurub”.
Məğrur,
Sitat.info