Ukrayna məhkəməsi Misir Qasımlı və onun dostu Sübhan Quliyevi adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirib və 8 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılmışdı.
Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.