Ukrayna Silahlı Qüvvələri Günündə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Sevastopol, Donetsk və Luqanskın yazda azad oluna biləcəyinə eyham vuraraq, qışı müharibənin əsas mərhələsi adlandırıb.
Sitat.info xəbər verir ki, “Obozrevatel”-ə müsahibəsində Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy Danilovun bu açıqlamasını belə qiymətləndirib:
"Əgər Danilov belə bəyanatlar verirsə, deməli, onun arxalandığı əsaslı məlumatlar var”
Koziy Ukraynanın yuxarıda adı çəkilən əraziləri necə azad edə biləcəyini də təklif edib:
“İşğalçılar son günlərdə havadan raket hücumları edirlər. Bir neçə döyüş təyyarələrini vurmuşuq. Bizə uzaqmənzilli hücum raketləri daha çox lazımdır. Biz onların daha çox təyyarəsini məhv etməliyik”.
Hərbi ekspert Ukraynanın hələ ki belə bir imkanının olmadığını bildirib:
"Bəli, hələlik belə bir imkanımız yoxdur, amma ümid edirəm ki, Ukrayna lazımi silahları almağa başlayacaq. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov Sevastopol, Donetsk və Luqanskın azad edilməsinə dair bəyanatlar səsləndirir. O, Ukrayna qoşunlarının yazda Sevastopol, Donetsk və Luqanskda olacağına inandırıb. Bunu eşitmək gözəldir, ancaq yenə də deyirəm ki, bunun üçün bizə güclü silahlar lazımdır”.
Məğrur,
Sitat.info