Minik maşını çörək sexinə çırpılıb - FOTO

21:01 8 Dekabr 2022

Gəncədə yol qəzası olub.

SİTAT.İNFO-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.




Xəbər xətti