Məktəblini sinif yoldaşının atası və dayısı görün nə hala saldılar - VİDEO

19:20 9 Dekabr 2022

Abşeron rayonu Masazır qəsəbəsində 8-ci sinif şagirdi Şirinov Məhəmməd Vüsal oğlunun vəhşicəsinə döyülməsi ilə bağlı detallar məlum olub.

SİTAT.İNFO xəbər verir ki, sinif yoldaşının atası və yaxınları tərəfindən döyülən azyaşlı "Stv xəbər"ə danışıb.

Zamex.az -da yeni fürsətlər...

O bildirib ki, əvvəlcə sinif yoldaşı olan Ramazanla qəbiristanlıq tərəfdə dalaşıblar: "Əvvəlcə Ramazanla dalaşdıq. Məndən əl çəkmirdi, dalaşdım. Sonra atasına zəng etdi. Ramazanın atası, dayısı və iki nəfər məni döydülər. Mənə dedilər ki, səni betər günə qoyacağıq. Sonra kəllə vurdu. Özümü maşından çölə atdım. Dördü də məni döydülər".



Xəbər xətti