“Ölkədən kütləvi qaçqın dalğası olmayacaq” - Kuleba

12:45 12 Dekabr 2022

 Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi raket zərbələri fonunda hətta elektrik enerjisinin tam kəsilməsi halında belə, ölkədən kütləvi qaçqın dalğası olmayacaq.

Sitat.info xəbər verir ki, xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “ARD” kanalına müsahibəsində deyib.

Kuleba qeyd edib ki, Ukraynanın enerji sistemində problemlər yaranarsa, insanlar odunla qızınmaq mümkün olan kəndlərə köçəcəklər:

“İşğalçılar elektrik yarımstansiyalarına, su elektrik stansiyalarına və istilik istehsalı obyektlərinə zərbələr endirirlər. Ölkədə elektrik enerjisinin verilişində fasilələr başlayıb. Bu səbəbdən noyabrın 23-də enerji sistemi tamamilə söndürüldüldü və fasilələrə verilir. Onu deyə bilərəm ki, ölkədən kütləvi qaçqın dalğası olmayacaq”. “Almaniya Ukraynanı dəstəkləmək üçün qeyri-hərbi sahədə də çox şey edir. Biz buna görə çox minnətdarıq. Amma Rusiyanı dayandırmağın ən yaxşı yolu, əlbəttə ki, silahdır" - Kuleba bildirib.

Səid,

Sitat.info



Xəbər xətti