Azərbaycanla Rusiya arasında gizli razılaşma var - Erməni deputat son hadisələri şərh edib

12:58 12 Dekabr 2022

"Azərbaycanlıların Qarabağdakı yataqlarda monitorinq aparmaq cəhdi ilə bağlı razılaşmalar var idi".

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bu sözləri  hakim “Mülki Müqavilə” partiyasından olan deputat Andranik Köçəryan  deyib. 

O hesab edir ki, Azərbaycan ekoloqlarının faydalı qazıntılar olan yataqlara gedib çatmağa  çalışması mövcud razılaşmaların nəticəsidir. 

Bununla yanaşı, deputat hansı müqavilələrdən söhbət getdiyini açıqlamayıb.

“Bu razılaşmaların kimlər arasında əldə olunduğunu deyə bilmərəm. Azərbaycanlı ekoloqlar sadəcə olaraq bayraqları götürüb Qarabağın istənilən nöqtəsinə çata bilməzdilər. Yəni, onların ora getməsinin özü yalnız bir şey deməkdir - razılaşmalar var idi və bu, lazımsız gərginlikdən qaçmaq üçün edilib”.

Qeyd edək ki, hər nə qədər sülhməramlılar bu prosesdə Azərbaycan tərəfinə mane olsa da, erməni ictimaiyyəti prosesin əbəs yerə başlamadığını, Rusiya ilə bir anlaşma olduğunu, hətta Paşinyanın da bu razılaşmanın içində olduğunu və növbəti proseslərə Rusiyanın səssiz qalacağını hesab edir. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti