Erməni mediası Şuşada aksiya keçirən azərbaycanlıları araşdırır.
Sitat.info xəbər verir ki, news.am saytında yer alan məlumatda qeyd olunur ki, Laçın dəhlizini bağlayan azərbaycanlı ictimaiyyət nümayəndələri arasında keçmiş hərbçilər də var, onların bəzilərinin kimliyi müəyyənləşib.
Erməni mediası Elmi araşdırmalar” İctimai Birliyinin sədri, İrəvanın keçmiş sakini Telman Qasımovun fotosunu yayaraq, onun ermənicə danışdığını bildirib. Qeyd ediblər ki, bir çox fotolarda Qasımov hərbi formadadır.
Nərgiz,
SİTAT.İNFO