Rusiya Belarus-Ukrayna sərhəddinə qoşun və texnikalarını yığır.
Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya və Belarus hərbçiləri qondarma regional qoşun qruplaşmasını döyüşə hazırlayır.
Rusiya hərbi texnikasının sütunları Belarusda Ukrayna ilə sərhədə yaxın olan Brest poliqonu ərazisinə köçürülür.
Məlumata görə, söhbət təxminən 24 texnikadan gedir: T-80 tankları olan 4 trol, minaatan batareyası, rabitə vasitələri, mühəndis avadanlıqları.
Qeyd olunur ki, artıq bu gün, dekabrın 12-də Rusiya Silahlı Qüvvələrinin texnikası olan ilk karvan Obuz-Lesnovski poliqonundan (Brest vilayəti, Baranoviç rayonu) Brest poliqonuna (Brest rayonu, Brest vilayəti) doğru hərəkət edib.
Məğrur,
SİTAT.İNFO