Araikə növbəti ZƏRBƏ: Volkov qondarma qurumun nümayəndələrini danışıqlara buraxmayıb

12:27 13 Dekabr 2022

Sülhməramlılar Artsaxın (Qarabağdakı qondarma qurumun) nümayəndələrini içəri buraxmır və azərbaycanlılara qarşı güc tətbiq etmək niyyətində deyillər.

Sitat.info  xəbər verir ki, bu barədə Hraparak nəşri yazır. 

Dünən səhər saatlarından Azərbaycan vətəndaş cəmiyyəti fəallarının təşkil etdiyi aksiya nəticəsində Laçın dəhlizi bağlanıb və Qarabağ erməniləri faktiki olaraq blokadada qalıb. Bu səbəbdən qondarma "artsax"ın rəsmisi itali Balasanyan, eləcə də oyuncaq deputatlar sülhməramlıların komandiri Volkovla görüşüblər.

Volkov dünən erməni tərəfinin danışıqlarda iştirakını kəskin şəkildə rədd edib. Bu mövzunu şərh etdirən "Hraparak" qəzeti yazır. “Erməni maşınlarının olduğpu yerə hətta deputatları da buraxmayıblar. Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar qeyd ediblər ki, problemin siyasi həll lazımdır və sülhməramlılar aksiya keçirən azərbaycanlıları zorla dağıtmaq fikrində deyillər. Bu qərar “yuxarıdan” gələndə  edəcəklərini biləcəklər".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti