Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
A.Qurbanovun təyinatı ilə müdafiə naziri Zakir Həsənovun müavinlərinin sayı altıya çatıb.
Müdafiə nazirinin digər müavinləri isə uzun illər hərbi xidmət yolu keçmiş aşağıdakı generallardır:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev;
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev;
Müdafiə nazirinin müavini – Maddi-texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov;
Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev;
Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.