Bu marşrutun hərəkət sxemi dəyişdirilir

15:13 14 Dekabr 2022

Binəqədi rayonu, "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə “Sitat.info”ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.

 



Xəbər xətti