"Avropanın qaz çənləri doludur, bu qış üçün təhlükəsizik" - Von der Leyendən ETİRAFLAR

18:30 14 Dekabr 2022

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Rusiya-Ukrayna müharibəsi səbəbindən “ucuz enerji” dövrünün başa çatdığını deyib. Əlavə edib ki, Avropanın qaz çənləri doludur, bu qış üçün təhlükəsizdirlər. 

Sitat.info xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında çıxış edən Von der Leyen Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal təbii qaz təchizatında problemlərin çoxaldığını azaldığını və Rusiyanın boru kəməri ilə Avropaya göndərdiyi qazın miqdarının  son 8 ayda 80 faiz azaldığını bildirib.

"Enerji təchizatını şaxələndirməklə, enerji qənaətini artırmaqla və alternativ enerjiyə investisiyaları sürətləndirməklə bu durumu kompensasiya edə bilərik. Avropanın qaz çənləri doludur, bu qış üçün təhlükəsizik" - deyə Leyen qeyd edib. 

"Bütün bunlar bizə baha başa gəldi. Rusiyadan ucuz enerji təchizatı  Avropa sənayesinin bir çox sahələrini ayaqda saxlayan biznes modeli idi.  Həmin model Rusiyanın Ukraynaya hücumu ilə darmadağın oldu. Həqiqət budur ki, bu model geri qayıtmayacaq".

Von der Leyen, Avropa sənayesi üçün yeganə çıxış  yolunun alternativ enerjiyə keçid olduğunu vurğulayıb, ancaq bunun bir gecədə baş verə bilməyəcəyini də əlavə edib. 

Nərgiz,

SİTAT.İNFO

 
 

 

 



Xəbər xətti