Malaziyanın Selangor şəhərində düşərgədə baş verən sürüşmə nəticəsində 16 nəfər ölüb, 17 nəfər itkin düşüb.
Malaziyanın paytaxtı Kuala Lumpurdan təxminən 50 kilometr şimalda, Selangor əyalətində düşərgədə torpaq sürüşməsi baş verib.
Sitat.info xəbər verir ki, dövlət qurumlarından bildirilən məlumatda, təbii fəlakət nəticəsində 16 nəfər, o cümlədən 5 yaşlı uşaq ölüb, 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib, 17 nəfər isə itkin düşüb. Sürüşmə zamanı ərazidə təxminən 94 nəfərin olduğu güman edilir.
Axtarış-xilasetmə işləri trek itləri də daxil olmaqla 400-dən çox personalla davam edir.
Səid İsaoğlu,
Sitat.info