Kür çayında naməlum qadın meyiti aşkarlanıb

22:18 19 Dekabr 2022

Kür çayında naməlum qadın meyiti aşkarlanıb.

Bu barədə SİTAT.İNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti