Müharibə başlayandan bəri ilk xarici səfərini edən Ukrayna lideri Zelenskinin gizli saxlanılan əməliyyatla ABŞ-a getdiyi üzə çıxıb.
Sitat.info-nun məlumatına görə, Ukrayna liderinin sağ-salamat ABŞ-a getməsi üçün NATO və ABŞ döyüş təyyarələrinin də iştirak etdiyi bildirilib.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Təhlükəsizlik səbəbiylə son ana qədər açıqlanmayan səfər Polşanın Rzesov şəhərində başlayıb. Ukrayna liderini Avropadan ABŞ-a yola salmaq üçün dünən yerli vaxtla saat 08:15-də ABŞ-ın Boeing C-40 hərbi-nəqliyyat təyyarəsi havaya qalxıb.
Havaya qalxmazdan bir saat əvvəl Almaniya Zelenskinin Rusiya sualtı qayıqlarının patrul etdiyi təhlükəli geniş Şimal dənizinə asanlıqla keçməsi üçün Boeing AWACS casus təyyarəsi göndərdi.
Zelenskinin təyyarəsi İngiltərə üzərindən keçərkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı Böyük Britaniyadakı aviabazadan havaya qalxaraq Ukrayna liderinin uçuşunu müşayiət edib. F-15 qırıcısı Zelenskinin təyyarəsi Şotlandiyadan keçdikdən az sonra Suffolk ştatının Mildenhalldakı bazasına qayıdıb.
Zelenskinin təyyarəyə minməzdən əvvəl ABŞ-a getdiyini bildirən tvitləri Avropada həyəcana səbəb olub. Minlərlə insan Ukrayna liderinin Polşadan ABŞ-a uçuşunun ən azı bir hissəsini onlayn izləyib. Təyyarə qısa müddət ərzində Berlin səmasında, daha sonra isə Qrenlandiya sahillərində qısa müddətə müşahidə edilib.
ABŞ-ın NATO döyüş təyyarələri və casus təyyarələrinin iştirak etdiyi əməliyyat uğurla başa çatıb. Zelenskini daşıyan təyyarə CEST saat 20.00 radələrində paytaxt Vaşinqtondakı Birgə Baza Andrews Hərbi Hava Limanına eniş edib./Manset.az