ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə “Patriot” raketdən müdafiə sistemi ilə bağlı da qərar verilib.
İndi hər kəsi düşündürən odur ki, Patriot hava hücumundan müdafiə sistemi nədir, onun qiyməti nə qədərdir? Rusiya ilə Ukrayna arasında müharibənin gedişatını dəyişə bilərmi?
Sitat.info təfərrüatları açıqlayır...
Hədəfin yaxalanması üçün çoxfazalı Array İzləmə Radarının qısaldılmış forması olan “Patriot” raketdən müdafiə sistemi Raytheon tərəfindən istehsal olunub və ABŞ-ın silah portfelində ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.
Sistem ilk dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı Səudiyyə Ərəbistanı, Küveyt və İsraili qorumaq üçün istifadə edilib. Daha sonra 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı döyüş meydanında istifadə edilib.
Güclü radar, elektrik generatoru, buraxılış stansiyaları və idarəetmə stansiyasını özündə birləşdirən mobil sistem olan Patriot, istifadə olunan raketin növündən asılı olaraq müxtəlif imkanlara malikdir.
PAC-2 raketi partlama -parçalanma döyüş başlığından istifadə edir, daha yeni PAC-3 raketi isə vur -öldür texnologiyasından istifadə edir.
2015-ci ildə NATO sistemin radarının 150 kilometrdən çox məsafəyə malik olduğunu elan etdi.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, yeni istehsal edilən bir Patriot üçün batareyaların dəyəri 1 milyard dollardan çoxdur, sistem üçün 400 milyon dollar, raketlər üçün isə 590 milyon dollardır.
Nərgiz,
Sitat.info