Yeddinci sinif şagirdi məktəbdə qəfil öldü

15:58 22 Dekabr 2022

Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin səhhətində yaranan problemlə bağlı halı pisləşib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sitat.info-ya  bildirilib. Məlumata görə, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq müdaxilə edilib, ilkin tibbi yardım göstərilib.

Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidməti çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq, təəssüflər olsun ki, şagird təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Məktəbli səhhətindəki problemə görə həkim nəzarətində olub.



Xəbər xətti