Paşinyan Ankaraya gedə bilər - Sərhədlərin açılmasını istəyir

23:35 24 Yanvar 2022

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.



Xəbər xətti