Səməd Seyidova yüksək vəzifə verildi - I vitse-prezident

23:50 24 Yanvar 2022

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyası yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib.

Sitat.info xəbər verir ki, Monitorinq Komitəsinin vitse-prezidenti seçkiləri qurumun yanvarın 24-də Strasburqda hibrid formatda işə başlayan qış sessiyası çərçivəsində keçirilib.



Xəbər xətti