İranın Şərqi Azərbaycan ərazisində boya fabrikində baş verən partlayış nəticəsində 65 nəfər xəsarət alıb.
Sitat.info xəbər verir ki, Atlasfam Paint boya zavodunda baş verən partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb.
Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Mencem açıqlamada verərək bildirib ki, bu gün yerli vaxtla saat 12:42-də Atlasfam Paint adlı boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 150 nəfər zərər çəkib, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Mencem hadisə yerinə 3 xilasetmə qrupu və təcili yardım maşınlarının göndərildiyini bildirib.
Yaralıların şəhər və ətraf bölgələrdəki xəstəxanalara çatdırıldığını açıqlayan rəsmilər bildiriblər ki, partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir.
Məğrur,
Sitat.info