Xankəndi yolunda aksiya nə zaman bitəcək? - VİDEO

17:45 27 Dekabr 2022

“Laçın-Xankəndi yolundakı vəziyyət əvvəl-axır dəyişəcək. Amma bunun üçün Ermənistanda siyasi hakimiyyətdə olanlar və Qarabağdakı separatçı rejim adekvat addımlar atmalıdır”.

Sitat.info xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Baku Analitik” verilişində millət vəkili Cavanşir Feyziyev deyib.

O bildirib ki, vəziyyətin dəyişməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir.

“Bu məsələdə Rusiya sülhməramlılarının da rolu var. Onlar öz missiyalarını nə qədər tez yerinə yetirsələr, bu hadisələr də o qədər tez sona çatacaq”, - deyə millət vəkili əlavə edib.



Xəbər xətti