Ukraynada rusiyalı oliqarxın 2 milyardlıq əmlakına həbs qoyuldu

17:59 27 Dekabr 2022

Ukraynada rusiyalı oliqarx Əlişir Usmanovun təxminən 2 milyard qrivna dəyərində əmlakına həbs qoyulub.

Sitat.info SBU-ya istinadən xəbər verir ki, istintaq və əməliyyat tədbirləri nəticəsində Ukraynada  160 min tondan çox dəmir filizi saxlanılan Rusiyanın yeraltı anbarlarının yeri müəyyən edilib.

"Ukraynanın bir neçə dəniz limanının ərazisində gizli xammal aşkar edilib. Müsadirə olunmuş faydalı qazıntıların ümumi dəyəri təxminən 2 milyard qrivnadır", - hesabatda deyilir.

Məlumata görə, bu əmlak  rusiyalı oliqarx Əlişir Usmanova məxsusdur. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti