Yaponiyada Rusiya maye qazının alıcıları əliboş qala bilər.
Sitat.info xəbər verir ki, bu, ölkənin sığorta şirkətlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən qaz nəqli risklərini ödəməkdən imtina etməsi ilə bağlıdır.
Bloomberg-in məlumatına görə, 2023-cü il yanvarın 1-dən Yaponiya sığorta şirkətləri Rusiya və Ukraynanın ərazi sularında hərbi risklərin sığortalanmasını dayandıracaq.
Sığortaçıların belə qərarının Qara və Azov dənizləri də daxil olmaqla, Rusiyanın şərqindəki sularda gəmilərin marşrutlarına təsir edəcəyi gözlənilir. Mütəxəssislər hesab edirlər ki, yanacağın tədarükündə növbəti fasilələr Yaponiya üçün əlavə çətinliklər yaradacaq.
Seymur,
Sitat.info