Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Lakin onların qitəyə göndərilməsi barədə qərar verilməyib.
Sitat.info APA- ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Con Kirbi məlumat verib. “Ria Novosti”nin xəbərinə görə, “müdafiə naziri Lloyd Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsini əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur”, deyə Krbi jurnalistlərə bildirib.
Kirbi əlavə edib ki, ölkə xaricindəki qoşunlar da yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.