Talıbovdan sonra Naxçıvanda dövlət sektoru Gov.az perimetrinə daxil olur

13:35 29 Dekabr 2022

"Naxçıvanda dövlət sektoru Gov.az perimetrinə daxil olur. İllər öncə biz bir neçə dəfə Naxçıvanın dövlət qurumlarının nə üçün Gov.az domenindən istifadə etmədiyinə və dövlət resurslarına verilən tələblərə əməl etmədiyinə diqqət yönəltmişdik. Nəhayət ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu istiqamətdə ciddi addımlar atıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. 

Onun sözlərinə görə, aparılan audit yoxlamalarından sonra Naxçıvanda artıq Nazirlər Kabineti (nnk.gov.az ), Rabitə və Yeni Texnologiyalar Nazirliyi (nmincom.gov.az), Kənd Təsərrüfatı Nazirliyi (nagro.gov.az ) və s., təxminən 11 dövlət qurumu Gov.az domen zonasına köçürülüb. Xatırladıram ki, bir müddət öncə XRİTDX komandası Naxçıvanda olub dövlət sektorunun Gov.az zonasına daxil edilməsi ilə bağlı işlərə başlamışdılar.

Naxçıvanın dövlət qurumlarının domen adlarının da ölkə üzrə uyğun dövlət qurumlarının movcud domen adlarına "N" hərfi əlavə etməklə seçilməsi də düşünürəm ki, doğru və məntiqli yanaşmadır".

Nərgiz,

Sitat.info



Xəbər xətti