Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşüb

18:04 29 Dekabr 2022

Prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalını prezident sarayında qəbul edib.

Sitat.info xəbər verir ki, iki liderin gündəmində siyasətin və Xalq Alyansının işi ilə bağlı önəmli mövzuların var. İclasda  eləcə də konstitusiyaya dəyişiklik təklifi ilə bağlı parlamentin işinin müzakirə olunacağı gözlənilir.

Bundan əlavə, 11 ildən sonra Suriya ilə nazirlər səviyyəsində ilk təmas da qiymətləndiriləcək məsələlər sırasındadır. 

Xatırladaq ki, prezident Ərdoğan və Baxçalı sonuncu dəfə dekabrın 13-də MHP liderinin Ankara Çayyolundakı iqamətgahında görüşüb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti