Göyərtəsində 600 hərbçi olan Rusiya desant gəmisi vuruldu

23:40 2 Mart 2022

Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko öz Facebook səhifəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələri 600 nəfərə qədər ekipajı olan böyük desant gəmisini sıradan çıxara bilib.

Bu barədə ukrayna KİV məlumat yayıb.

"Odessa işğalçıların gəlişinə ! 600 nəfərə qədər ekipajı olan böyük rus desant gəmisi vurulub", - o deyib.



Xəbər xətti