Xəzər dənizində 3 maqnitudada zəlzələ olub.
Bu barədə “Sitat.info” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, saat 04.48-də qeydə alınan yeraltı təkanlar 45 km dərinlikdə olub.
Xatırladaq ki, daha öncə saat 16.44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınmışdı.