Ukrayna müharibəsinin hücum mərhələsi 2023-cü ildə başlayacaq
Buna görə də "Bradley", "Marder" piyada döyüş maşınları, "Bastion" zirehli transportyorları, "AMX-10 RC" zirehli maşınları, "Patriot" kompleksləri almalıyıq.
Bu sözləri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.
Danilov bildirib ki, 2023-cü ildə Rusiya qoşunları tərəfindən işğal olunmuş torpaqların azad edilməsi üçün Ukrayna hücum mərhələsinə başlayır.
Danilov Facebook sosial şəbəkəsində qeyd edib ki, iyun ayında Qərb tərəfdaşları müdafiə-əks-hücum müharibəsi haqqında danışmağa başlayıblar. Xüsusilə, Ukrayna HIMARS artilleriya və raket sistemlərini, M777 haubitsalarını, Harpoon raketlərini, GMLRS mərmilərini (onlar 80 km-ə qədər məsafədə atmaq olar), Excalibur mərmilərini, Panzerhaubitze 2000 haubitsalarını, IRIS-T hava hücumundan müdafiə sistemlərini almağa başlayıb.
Seymur,
Sitat.info