Təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məktəblilərin dərsdə, hətta müəllimin gözü qarşısında etdiyi tərbiyəsizlikləri əks etdirən video paylaşıb. Sitat.info xəbər verir ki, Kamran Əsədov videonu paylaşarkən bu sözləri yazıb:
Hə, necəsiniz cənablar? İstədiyinizə nail oldunuzmu? Hələ bu görünən "hissə"lərdir.
Əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq.
Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib? Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim... Sabah çox gec olacaq".
Qeyd edək ki, görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb, məktəb rəhbərliyi də qınanıb.