Çavuşoğlu NATO-nun toplantısında iştirak edəcək

16:45 3 Mart 2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri XİN başçılarının fövqəladə toplantısında iştirak edəcək.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Ukrayna kontekstində baş verən aktual proseslərin müzakirəsi planlaşdırılır.

Türkiyənin XİN başçısı iclas əsnasında ikitərəfli görüşlər də gerçəkləşdirəcək.



Xəbər xətti