Son dəqiqə! Ukrayna Belarus sərhədinə qoşun çəkdi

21:20 12 Yanvar 2023

Kiyev qoşunların bir hissəsini Belarusla sərhədə çıxarıb. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev Belarus istiqamətdən ola biləcək hücumdan ehtiyat edərək qoşunlarının bir hissəsini təmas xəttindən Belarusla sərhədə köçürməyə məcbur olub.
"Biz narahatıq, öz qüvvələrimizi Ukraynanın şimalında saxlamağa məcburuq, Rusiya və Belarusun  mümkün birgə hücumuna qarşı hərbçiləri  cəbhə xəttindən çıxardıq”, - Vadim Pristayko  Sky News-a müsahibəsində deyib. .

2022-ci il oktyabrın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın 15 minə qədər hərbçidən ibarət qrupu respublika sərhədinə çəkdiyinə diqqət çəkmişdi. 

Məğrur, 

Sitat.info 



Xəbər xətti