Ankara PKK-nın Stokholmda keçirdiyi aksiyaya görə İsveç parlamenti sədrinin Türkiyəyə səfərini ləğv edib.
Sitat.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə qarşı Stokholmda PKK terror təşkilatının aksiyasından sonra İsveç parlamentinin sədri Andreas Norlenin yanvarın 17-də Türkiyəyə rəsmi səfəri parlament sədri Mustafa Şentop tərəfindən ləğv edilib”.
Qeyd edək ki, bir müddət əvvəl Stokholmda PKK tərəfdarlarının aksiyası keçirilib və orada Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr səsləndirilib.
Bundan sonra İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və aksiya ilə bağlı ona etiraz edilib.
Nərgiz,
Sitat.info