Polis Akademiyasının kursantı vəfat etdi

17:10 16 Yanvar 2023

Polis Akademiyasının kursantı xəstəlikdən ölüb.

“Sitat.info” xəbər verir ki, akademiyanın əyani fakültənin 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.

 



Xəbər xətti