Bu ölkənin prezidenti istefa verdi

18:59 17 Yanvar 2023

 Vyetnam prezidenti Nquyen Xuan Fuk tutduğu vəzifədən istefa verib.

Sitat.info xəbər verir ki, onun partiyasından verilən açıqlamada Fukun vəzifəsindən istefa verərək təqaüdə çıxmağa qərar verdiyi, partiyanın nizamnamə və qanunları nəzərə alaraq istefanı qəbul etdiyi bildirilib.

Bəyanatda Fukun partiyanın və dövlətin əsas liderlərindən biri olduğu, komitədə və siyasi büroda mühüm vəzifələr daşıdığı deyilir. Fuk 2016-2021-ci illər arasında baş nazir vəzifəsində çalışıb, xüsusilə COVID-19 ilə mübarizədə əhəmiyyətli uğurlar əldə edib.

Digər tərəfdən, dövlət başçısı kimi Fukun iki baş nazirin müavini və üç nazirin vəzifələrində ağır nəticələrə səbəb olan korrupsiya hallarına görə də məsuliyyət daşıdığı və adıçəkilən şəxslərin vəzifələrindən uzaqlaşdırıldığı qeyd edilib. İki nazir və bir neçə başqa məmur cinayət məsuliyyətinə cəlb edilib. 2016-2021-ci illərdə ölkədə baş nazir vəzifəsini icra edən 69 yaşlı Fuk Milli Assambleyada keçirilən səsvermədə prezident seçilib və 5 aprel 2021-ci ildə and içib. Atdığı addımlarla ölkəsini iqtisadi cəhətdən irəli apardığı ifadə edilən Fuk prezidentliyi dövründə Vyetnam 141 ölkənin daxil olduğu Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik İndeksində 77-ci yerdən 67-ci yerə yüksəldib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti