İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub.
Bu barədə Sitat.info-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb.
Yeraltı təkanlar Naxçıvanda 3 bala qədər hiss olunub.