Bu gün sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi ilə bağlı görüntü yayılıb.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.