"Rza Talıbovun Xiyaban ziyarəti siyasi demarşdır" - Tural Abbaslı

20:51 20 Yanvar 2023

"Hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizi ziyarət etsin. Burada onun vəzifəsi, sosial statusu fərq etmir. İlk növbədə isə məmurlar, şəhidlərin sayəsində qazanılan azadlıqdan, müstəqillikdən yararlanan məmurlar və onların övladlarının borcudur şəhidləri ziyarət etmək. Ancaq mən inanmıram ki, Rza Talıbov və bu tip insanlar oraya vətən sevgisindən və ya şəhidlərimizə olan hörmətindən gəlsinlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Rza Talıbovun bu ziyarətini daha çox onlara qarşı olan son siyasi münasibətə demarş kimi görürəm: "Demək istəyirlər ki, biz hələ ayaqdayıq, adam içinə də çıxa bilirik, ziyarət də edə bilirik. Mən bunu demarş hesab edirəm".

Partiya sədrinin sözlərinə görə, bununla Talıbovlar cəmiyyətə və iqtidara qarşı bir duruş sərgiləyirlər: "İqtidardakılar da kifayət qədər səriştəli siyasətçilərdirlər və bu mesajlara layiqincə cavab verəcəklər".

Məğrur,

Sitat.info 



Xəbər xətti