Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa ərizəsini Milli Assambleyaya təqdim edib.
Sitat.info xəbər verir ki, bu barədə İnsan Hüquqları Müdafiəçisinin ofisinin yaydığı bəyanatda deyilir.
Bəyanatda xüsusilə deyilir: "Ermənistanın ombudsmanı Kristina Qriqoryan mövcud qanunvericiliyə uyğun olaraq yanvarın 23-də iş yeri dəyişikliyi ilə əlaqədar istefa ərizəsini Milli Məclisə təqdim edib. Qanuna görə, bu halda Ombudsmanın səlahiyyətlərinə sonuncu şəxs istefa ərizəsi təqdim etdikdən sonra, bir həftə müddətində xitam verilir”.
Qriqoryan yeni işi barədə ictimaiyyətə lazımi məlumat veriləcək- deyə bildirilir.
Seymur,
Sitat.info