Bu hava limanı fəaliyyətini buna görə dayandıracaq

08:39 24 Yanvar 2023

Yanvarın 25-də Berlin-Brandenburq hava limanında bir günlük tətil keçiriləcək.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Verdi” həmkarlar ittifaqı qərara gəlib.

Bildirilib ki, həmkarlar ittifaqı 6 min işçinin əməkhaqqının artırılmasını tələb edir. Həmçinin onlar əmək müqavilələrinin müddətini 12 ay müəyyən etmək istəyirlər.

Qeyd edək ki, reysləri ləğv edilən tarixdə 35 min sərnişinin uçması nəzərdə tutulub.

 

 



Xəbər xətti