“Rusiya Laçın dəhlizi ilə bağlı həm Ermənistan, həm də Azərbaycanla dialoqda gərgin və mürəkkəb işi davam etdirir”.
Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya üçtərəfli razılaşma və sənədlərdə iştirak edən tərəflərdən biri kimi öz öhdəliklərini yerinə yetirməyə davam edir.